Türk güləşçi ermənini yenib, Azərbaycan bayrağı qaldırdı - VİDEO

Almaniyanın Dortmund şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında türkiyəli yunan-Roma güləşçisi Cemal Mutlu Azərbaycan bayrağını dalğalandırıb.

Prosport.Az xəbər verir ki, bu gözəl hadisə iyulun 1-də baş verib.

Belə ki, Mutlu 50 kq çəki dərəcəsində Ermənistan təmsilçisi Aşot Mxitaryan üzərində qələbə qazandığı III yer uğrunda görüşdən sonra bu addımı atıb. O, rəqibini 10:2 hesablı tam üstünlüklə vaxtından əvvəl yenərək, bürünc medala sahib çıxıb. Qarşılaşmanın ardından gənc pəhləvan Türkiyə və Azərbaycan bayraqları ilə birgə dövrə vurub.

Qeyd edək ki, bu çəki dərəcəsində finalda Azərbaycan təmsilçisi Zülfüqar Əliyev finalda gürcüstanlı Ramaz Silaqavaya 1:5 hesabı ilə uduzaraq, gümüş medal qazanıb.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.