Boks: Azərbaycan millisi İslamiadada hamıdan güclü oldu

IV İslam Həmrəyliyi Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışları dünən başa çatıb.

Prosport.Az xəbər verir ki, Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.

İslamiadada boks üzrə Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev yazdırıb. Həlledici görüşdə iraqlı Ammar Kərbəlayiyə 5:0 hesabı ilə qalib gələn boksçumuz “Bakı-2017”nin çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara türkmənistanlı Hursad İmanquliyev və Qazaxıstan təmsilçisi Sultan Zaurbəy layiq görülüblər.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

İslamiadada Azərbaycanın 55-ci qızıl medalını boks yarışlarında 91 kiloqram çəki dərəcəsində çıxış edən Teymur Məmmədov qazanıb. T.Məmmədov həlledici görüşdə türkiyəli Burak Akşinə 3:2 hesabı ilə qalib gəlib. Bu çəki dərəcəsində bürünc medallara suriyalı Eldin Alaa Qussun və mərakeşli Abdelcalil Abuhamda layiq görülüblər.

Boks üzrə Azərbaycan millisinin aktivinə 3-cü qızıl medalı Məhəmmədrəsul Məcidov yazdırıb. Yarışlarda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin finalında idmançımız suriyalı Manaf Asaadı 4:1 hesabı ilə məğlub edib. Bu çəki dərəcəsində bürünc medallara mərakeşli Mohammed Arjaui və iordaniyalı Husseyn İaşaiş sahib olublar.

Yarışlarda 69 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Tamerlan Abdullayev gümüş medalla kifayətlənməli olub. İdmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturov ilə görüşdən məğlub ayrılıb. Bu çəki dərəcəsində qazaxıstanlı İlya Oçkin və Suriya təmsilçisi Ahmad Qussun bürünc medallarla kifayətləniblər.

Olimpiya mükafatçımız Kamran Şahsuvarlı (75 kq) isə finalda qazaxıstanlı Dursunbəy Quləhməd ilə rinqə çıxıb. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə Kamran Şahsuvarlı məğlub olaraq II yeri tutub. Bu çəki dərəcəsində bürünc medallara kamerunlu Vilfred Dieudonne Seyi Ntsenue və mərakeşli Yuness Qarrumi sahib olublar.

Boks komandamızın aktivinə 3-cü gümüş medalı Rauf Rəhimov (81 kq) yazdırıb. Qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbəy Açilov ilə üz-üzə gələn R.Rəhimov məğlub olaraq fəxri kürsünün II pilləsində qərarlaşıb. Misirli Abdelrahman Abdelqavvad və Türkiyə boksçusu Cem Karlıdağ bu yarışda bürünc medallara layiq görülüblər.

Azərbaycan boksçusu Tayfur Əliyev (56 kq) yarışları bürünc medalla başa çatdırıb.

Beləliklə, Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq İslamiadada komanda hesabında I yeri tutublar.

N

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

AZƏRBAYCAN

3

3

1

7

2

Özbəkistan

3

0

2

5

3

Qazaxıstan

2

0

3

5

4

Suriya

1

1

2

4

5

Türkmənistan

1

1

1

3

6

İraq

0

2

0

2

7

Mərakeş

0

1

3

4

8-9

Misir

0

1

1

2

 

Türkiyə

0

1

1

2

10

İordaniya

0

0

3

3

11-13

Əlcəzair

0

0

1

1

 

Kamerun

0

0

1

1

 

İran

0

0

1

1

Cəmi

 

10

10

20

40

 
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.