"Azərbaycanda səslənən türk müsiqiləri bizə əlavə motivasiya verdi" - Türkiyə millisinin baş məşqçisi

İslamiadanın qalibi olmuş Türkiyənin su polosu millisinin baş məşqçisi Sinan Turunç qızıl medallar barədə fikirlərini bildirib.

Prosport.Az-a verdiyi açıqlamasında Turunç bunları söyləyib: "İranla oyunda konkret favorit yox idi. Gördüyünüz kimi, heç-heçə ilə qızıl medallara sahib çıxdıq. Bizim ən yüksək nəticəmiz Avropa B çempionluğu və Universiadada III yer tutmağımız idi. Bura İslamiada da əlavə olundu. 

İlk gündən biz Azərbaycanda özümüzü qonaq kimi hiss etmədik. Bizə qarşı doğmalıq vardı. Təbii ki, arenada səslənən türk müsiqiləri də bizə əlavə motivasiya verdi".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.