Türkiyə İranla heç-heçə edib qızıl medallara yiyələndi, Azərbaycan medalsız qaldı

IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarında Türkiyə və İran milli komandaları üz-üzə gəliblər.

Prosport.Az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş 9:9 hesablı heç-heçə ilə nəticələnib. Qalib müəyyənləşmədiyi üçün hər iki komandanın əvvəlki oyunlarda göstərdiyi nəticələr hesablanıb. Nəticələr Türkiyədə daha yaxşı olduğu üçün qardaş ölkə millisi İslamiadanın su polosu yarışının qalibi elan olunub. Beləliklə, Türkiyə komandası su polosu yarışının qızıl medalını qazanıb.

Su polosunda Azərbaycan və Səudiyyə Ərəbistanı yığma komandaları mübarizə aparıblar. Hər iki komandanın son turadək 1 qələbəsi - 3 xalı vardı. Qalib komanda bürünc medalları özünə təmin edəcəkdi. Lakin millimiz ərəblərə 7:11 uduzaraq medal qazanmaq şansını əldən verib. Bununla da, Səudiyyə Ərəbistanı millisi bürünc medallara yiyələnib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.