3 günə Azərbaycan 33 qızıl medal qazanıb

IV İslam Həmrəyliyi Oyunlarının 3-cü günündə Azərbaycan idmançıları 18 medal qazanıblar.

Prosport.Az xəbər verir ki, bu medallardan 9-u qızıl, 6-sı gümüş, 3-ü isə bürüncdür. Gün ərzində milli komandamızın aktivinə ən çox medalı idman gimnastlarımız yazdırıblar. Onlar 5 qızıl, 5 gümüş və 2 bürünc medala sahib olublar.

İslamiadanın 3-cü günündə Türkiyə yığma komandası medal siyahısına liderliyi ələ keçirib. Qardaş ölkənin idmançıları gün ərzində 33 medal əldə ediblər. Bu medallardan 15-i qızıl, 7-si gümüş, 11-i bürüncdür. Hazırda Türkiyə yığmasının hesabında 92 medal var. Azərbaycan millisi 68 medalla (33 qızıl, 23 gümüş və 12 bürünc) ikinci pillədə yer alıb.

İlk "5-liy"i Özbəkistan (30 medal, 6-6-18), İndoneziya (32 medal, 5-13-14) və İran (24 medal, 5-8-11) tamamlayır.

Qeyd edək ki, ümumilikdə 3 gün ərzində 24 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.