Voleybol: Azərbaycan millisi Türkiyənin 2-ci heyətinə qalib gəlib lider oldu

IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışları davam edir.

Prosport.Az xəbər verir ki, qadınlardan ibarət millimiz bu gün növbəti görüşünü keçirib.

İlk 2 matçda rahat qələbə qazanan yığmamızın budəfəki rəqibi yarışın favoritlərindən olan Türkiyə millisi olub. Faiq Qarayevin yetirmələri bu qarşılaşmanı da set vermədən qazanıblar. Düzdür, ilk hissəni 7 top irəlidə bitirən voleybolçularımız ikinci setdə müqavimətlə üzləşiblər. Lakin təcrübə komandamızın köməyinə çatıb. Türklərin 3-cü setdə oyunu dəyişmək istəyi də alınmayıb. Millimiz hissəni 25:20 hesabı ilə aktivinə yazıb.

Beləliklə, komandamız qrup mərhələsini lider kimi başa vuraraq, yarımfinala yüksəlib.

Onların rəqibinin adına mayın 16-da aydınlıq gələcək. Çünki Qırğızıstan sabah Türkiyə ilə, ertəsi gün Tacikistanla üz-üzə gələcək. Qrupu sonuncu yerdə başa vuracaq kollektiv təmsilçimizə rəqib olacaq. II və III pillələrin sahibləri isə digər yarımfinal cütünü təşkil edəcək.

Qeyd edək ki, yığmamız ilk iki qarşılaşmasında Qırğızıstan (3:0 – 25:7, 25:3, 25:8) və Tacikistanı (3:0 – 25:9, 25:7, 25:10) darmadağın edib.

İslam Həmrəyliyi Oyunları

Voleybol, qadınlar

III tur

Azərbaycan – Türkiyə - 3:0 (25:18, 30:28, 25:20)

Komanda

O

Q

M

S/F

X/F

X

AZƏRBAYCAN

3

3

0

9-0

230-110

9

Türkiyə

2

1

1

3-3

141-101

3

Qırğızıstan

1

0

1

0-3

18-75

0

Tacikistan

2

0

2

0-6

47-150

0

Qeyd edək ki, kişilərin yarışında bu gün B qrupunda Əlcəzair Mərakeşi 3:1, İran isə Qətəri 3:0 məğlub edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.