Azərbaycan millisi su polosunda ilk qələbəsini qazandı

Bu gün İslamiadanın su polosu yarışlarının ikinci günündə 2 qarşılaşma oynanılıb.

Prosport.Az xəbər verir ki, millimiz ilk qələbəsinə sevinib.

Su polosu

İran - Səudiyyə Ərəbistanı 11:6

Azərbaycan - İndoneziya 9:7

Qeyd edək ki, 5 komanda arasında dairəvi sistem üzrə keçirilən yarışda sabah Səudiyyə Ərəbistanı - İndoneziya və Azərbaycan - Türkiyə görüşləri keçiriləcək. Komandamız ilk görüşdə İrana 10:16 uduzmuşdu.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.