Braziliyalı futbolçu Azərbaycandan İrana getdi

"Neftçi"dən ayrılmış braziliyalı mərkəz müdafiəçisi Jairo Rodriqes Peyşoto Filyo özünə klub tapıb.

Prosport.Az xəbər verir ki, 24 yaşlı sambaçı karyerasını İran çempionatında davam etdirəcək. O, İranın məşhur klublarından olan "Sepahan"da çıxış edəcək. 

O, yeni klubunda forma nömrəsini "13" olaraq seçim edir. Jaironun bu klubda baş məşqçisi təcrübəli xorvatiyalı Zlatko Krançardır.

Qeyd edək ki, Jairo "Neftçi"yə 2015-ci ildə Portuqaliyanın "Trofensi" klubundan gəlmişdi.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.