Xames Rodriqes rəsmən "Bavariya"da!

“Real”ın yarımmüdafiəçisi Xames Rodriqesin yeni komandasının adına aydınlıq gəlib.

Prosport.Az xəbər verir ki, kolumbiyalı futbolçu karyerasını Almaniyada davam etdirəcək.

PSJ və “Mançester Yunayted”in də maraq dairəsində olan 25 yaşlı orta sahə oyunçusu “Bavariya” ilə anlaşıb. Klublar arasındakı anlaşmaya görə, Xames qarşıdakı iki mövsümü icarə əsasında Bundesliqa çempionunun heyətində keçirəcək. Bu keçid ispanlara 15 milyon avro qazandırıb. “Bavariya” 2 ildən sonra onu birdəfəlik transfer etmək hüququna da malik olacaq. Almaniya nəhəngi keçidi rəsmi saytı vasitəsilə də bəyan edib. 

Qeyd edək ki, Xames Rodriqesin 2014-cü ildə “Monako”dan transferi zamanı “Real” 63,7 milyon avro xərc çəkib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.