"Səbail" Saşa Yunisoğlunun yerinə 19 yaşlı afrikalı gətirdi - FOTO

"Səbail" heyətinə daha bir futbolçu cəlb edib.

Prosport.Az xəbər verir ki, Maudo Jarjue paytaxt təmsilçisində çıxış edəcək. Təcrübəli Saşa Yunisoğlu ilə yolları ayırdıqdan sonra onun yerinə futbolçu axtaran "Səbail" 19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalayıb.

Qvineya-Bisaudan olan futbolçu son mövsümü Portuqaliyanın I dəstə komandası "Jil Visenti"də keçirib. Bu gün Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.

Sabail FC adlı şəxsin şəkli.

Maraqlıdır ki, Maudo Jarjue ötən mövsüm cəmi 4 matçda meydanda olub. Onun da 1-də birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Mayın 14-də Madeyra "Unian"ı ilə qarşılaşan "Jil Visente"ni 61-ci dəqiqədə Maudo Jarjue azlıqda qoyub. Məhz bundan sonra onun komandası daha 3 top buraxaraq darmadağına məruz qalıb - 1:5. Bu elə onun Portuqaliyada son matçı olub. 

Qeyd edək ki, Qvineya-Bisaudan olan futbolçunun transfer olunacağını bu gün "Prosport" elan edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.