"Arsenal"ın canı fransız hücumçudan qurtuldu

Fransanın “Tuluza” klubu “Arsenal”ın hücumçusu Yaya Sanoqonu transfer edib.

Prosport.Az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər 2020-ci ilə qədər müqavilə imzalayıblar.

Qeyd edək ki, “Oser”in yetirməsi olan Yaya Sanoqo 2009-2013-cü illər aralığında məhz doğma klubunda forma geyinib. 2013-cü ildə isə "Arsenal" onu rənglərinə bağlayıb. Lakin London təmsilçisi 2015 və 2016-cı illərdə onu "Kristal Pelas", "Ayaks" və "Çarlton Atletik"ə icarəyə verib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.