Dodo "Qarabağ"da - FOTO

Dodo "Qarabağ"a transfer olunub.

Söhbət "Alanyaspor"un futbolçusu Vild-Donald Qeryedən gedir. Prosport.Az xəbər verir ki, bu barədə "Report"a Super Liqa təmsilçisinin baş koordinatoru Mevlüthan Çavuşoğlu açıqlama verib.

Klub rəsmisi Haiti yığmasının oyunçusunu müəyyən məbləğ qarşılığında Azərbaycan komandasına buraxdıqlarını bildirib. M.Çavuşoğlu deyib ki, hazırda 28 yaşlı yarımmüdafiəçi viza məsələsinin həlli ilə məşğuldur: "Futbolçu sabah Bakıya gedə bilər. Viza məsələsi var, onu həll etməlidirlər. “Qarabağ” onun transferi üçün bizə pul ödədi. Lakin məbləği deyə bilmərəm".

Yeri gəlmişkən, bunu digər klub rəsmisi də sosial şəbəkədə paylaşdığı bu şəkillə təsdiqləyib. Onun sözlərinə görə, "Qarabağ" bu futbolçu ilə 3 illik müqavilə bağlayıb.

Elsever Memmedov adlı şəxsin şəkli.

Qeyd edək ki, Vild-Donald Qerye ötən mövsüm "Alanyaspor"a 3 illiyinə transfer olunub. O, əvvəllər Polşa "Visla"sında da legioner həyatı yaşayıb. "Dodo" ləqəbli futbolçu Haiti yığmasında 41 oyuna 9 qol vurub. O bu qollardan birini 2013-cü ildə İspaniya millisinə vurub. Müdafiə və yarımmüdafiənin sol cinahında oynaya bilən Qerye Makedoniya türkü Muarem Muaremin yerinə transfer olunub. Ötən mövsüm Super Liqada 4 qol vurmuş futbolçunun polşalı həyat yoldaşı Zuzana Eva Qesitska üçün açdığı "77 Collection" adlı geyim mağazası var. Onun Bakıda da belə geyim mağazası açması gözlənilir.

‘Dodo’ Giyim Markasını Alanya’ya Taşıdı

Onu da bildirək ki, "Qarabağ" Polşanın "Leqiya" klubundan mərkəz müdafiəçisi Yakub Jezniçakla da anlaşıb. Hər iki transferin klub tərəfindən eyni vaxtda elan edilməsi gözlənilir.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.