"Qarabağ" əcnəbi transferinə qapıdan başladı

2017/18 mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb.

Prosport.Az xəbər verir ki, klub ukraynalı qapıçı Anton Kanibolotski ilə 2 illik müqavilə imzalayıb. Qolkiper artıq bu komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.

Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlamış qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”la 5 illik müqavilə bağlamış 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

O, "Şaxtyor"la 3 dəfə Ukrayna çempionluğu, 3 dəfə ölkə kuboku və 3 dəfə də Superkubok qazanıb. Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.

Qeyd edək ki, "Qarabağ" Anton Kanibolotskidən əvvəl "İnter"dən müdafiəçi Abbas Hüseynovu da heyətinə qatıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.