6 il əvvəl 600 min avroya satılmış futbolçu Azərbaycan klubunda

“Zirə” Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına hazırlıq çərçivəsində daha bir futbolçu ilə güclənib.

Prosport.Az xəbər verir ki, rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.

Qabriel Matey ölkəsində “İnternatsional”, “Panduriy”, “Syaua”, “Akademika” və “Tırqu Mureş” kimi klublarda forma geyib. O, 2011-ci ildə 600 min avroya transfer olunduğu "Styaua" ilə 2 dəfə Rumıniya çempionluğu, 1 dəfə ölkə kuboku, 1 dəfə Superkubok və 1 dəfə də Liqa kuboku qazanıb.

Sağ cinah müdafiəçisi ötən mövsümün ikinci yarısında Polşanın “Qurnik” klubunda ilk dəfə legioner kimi çıxış edib. Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.

Qeyd edək ki, "Zirə" Qabriel Mateydən başqa, Nicat Qurbanov, Orxan Əliyev, Vüqar Mustafayev, Rəşad Sadiqov, fransalı David Manqa, haitili Kervan Belfor və kamerunlu Jozef Bumu transfer edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.