"Sumqayıt"ı 9 futbolçu ilə yolları ayırıb, 1 oyunçu ilə gücləndi

"Sumqayıt" Futbol Klubu 2017/2018 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Prosport.Az xəbər verir ki, heyətini gücləndirməklə yanaşı bu komandanın sıralarını bir neçə futbolçu tərk edib. Belə ki, Mirabdulla Abbasov və Yusif Nəbiyev icarə müqaviləsinin vaxtı bitdiyi üçün müvafiq olaraq "Neftçi" və "Qəbələ"yə qayıdıb.

Bundan başqa, Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli və Kamran Abdullazadənin ("Kəpəz"ə keçdiyini xəbər vermişdik - red.) mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilələri başa çatıb. Rusiyalı Nasir Abilayev və Seymur Əsədovun müqavilələri isə qarşılıqlı razılıq əsasında ləğv edilib.

"Sumqayıt" əvəzində növbəti transferini həyata keçirib. Komanda son olaraq, "Kəpəz"də çıxış etmiş Vüqar Bəybalayevi heyətinə qatıb. 23 yaşlı Sumqayıt doğumlu dayaq yarımmüdafiəçi bu komanda ilə 1 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, “Sumqayıt” bundan öncə Tural Axundov (“Kəpəz”), Cavid İmamverdiyev (“Neftçi”), Cavid Tağıyev (“Zirə”) və Kamal Mirzəyevi (AZAL) heyətinə qatmışdı.
 
 
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.