"Xəzər Lənkəran"ın daha bir sabiq futbolçusu "Kəpəz"də

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha 1 futbolçunun keçidini həll edib.

Prosport.Az xəbər verir ki, Gəncə klubu Tural Cəlilov ilə razılığa gəlib. Son mövsümü “Zirə”də keçirən müdafiəçi ilə 1 illik müqavilə bağlanacaq.

Qeyd edək ki, "Kəpəz" bundan əvvəl müdafiəçi İlyas Səfərzadə, yarımmüdafiəçi Kamran Abdullazadə və hücumçu İlkin Sadıqovu heyətinə qatmışdı. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.