15 oyuna 25 qol buraxmış qapıçı Azərbaycan klubuna transfer edildi – FOTO

“Səbail” PFK heyətinə daha bir futbolçu cəlb edib. 

Prosport.Az xəbər verir ki, ukraynalı qapıçı Aleksandr Rıbka ilə klub arasında cari mövsümün sonunadək müqavilə imzalanıb. 

Daha əvvəl Ukraynanın “Dinamo” (Kiyev), “Obolon”, “Şaxtyor” (Donetsk), Türkiyənin “Karabükspor”, “Afjet Afyonspor” klublarında çıxış edən 32 yaşlı qolkiper müəyyən vaxtlarda Ukrayna milli komandasına da cəlb olunub.

Dörd dəfə Ukrayna çempionu, dörd dəfə Ukrayna Kubokunun, bir dəfə Ukrayna Superkubokunun qalibi olan Aleksandr Rıbka 2011-ci ildə ölkəsində “Ən yaxşı qapıçı” mükafatına layiq görülüb. O, cari mövsüm Türkiyə I divizionunda 15 oyun keçirib və qapısında 25 qol görüb.

O, “Afyonspor”un bu ay “Beşiktaş”la yoxlama oyununda qapıda durub və beş qol buraxıb.

Qeyd edək ki, “Səbail” daha əvvəl millimizin ehtiyat qapıçısı Emil Balayevi Qazaxıstanın “Taraz” klubuna göndərib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.