“Çelsi” futbolçusunu “Fənərbaxça”ya verdi – FOTO

İngiltərənin “Çelsi” klubunun futbolçusu Viktor Mozesi icarəyə verib.

Prosport.Az xəbər verir ki, Nigeriya millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək. 

28 yaşlı futbolçu 1,5 illik icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Viktor Mozes 2012-ci ildə “Uiqan”dan “Çelsi”yə keçib. O, italiyalı Antonio Kontenin vaxtında daimi müdafiənin sağ cinahında oynamaq şansı əldə etsə də, Mauritsio Sarrinin gəlişindən sonra ehtiyatda qalırdı.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.