Millimizin futbolçusu Qazaxıstanda 400 min dollar qazanacaq? – AÇIQLAMA

Millimizin və “Səbail”in qapıçısı Qazaxıstanın “Tobol” klubuna keçməyə yaxındır.

Prosport.Az xəbər verir ki, Qostanay klubunun direktoru Nikolay Panin onunla danışıqlar aparıldığını təsdiqləyib:

“Oyunçu ilə müqavilə bağlanılmayıb, ancaq danışıqlar aparılır”.

Onun müqavilə ilə məxsus olduğu “Səbail”in qarşı tərəfdən bu transferə görə 100 min dollar alacağı, iki illik müqavilə bağlayacaq futbolçunun Qazaxıstandakı maaşının isə ilinə 200 min dollar olacağı bildirilir. 

Lakin Panin bu məbləği gözlənildiyi kimi təkzib edib. O həmçinin bildirib ki, Emil Balayev hazırda klubun düşərgəsində deyil.

Qeyd edək ki, “Tobol” Qazaxıstan çempionatını üçüncü pillədə başa vurub və ölkəsini yayda Avropa Liqasında təmsil etmək hüququ əldə edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.