"Qalatasaray"ın istədiyi futbolçu "İnter"də

"Yuventus"un sol cinah müdafiəçisi Kvadvo Asamoa yeni mövsüm karyerasını fərqli klubda davam etdirəcək.

Prosport.Az xəbər verir ki, qanalı futbolçu İtaliyada klubunu dəyişdirib. 29 yaşlı oyunçu "İnter"lə 3 illik anlaşma əldə edib. Asamoanın illik məvacibi 3 milyon avro olacaq. Müdafiəçi artıq Milan şəhərində kirayə ev axtarışına başlayıb. Məlumatı "La Gazetta dello Sport" qəzeti yayıb.

Qeyd edək ki, "Qalatasaray" ötən il müdafiəçini trasnfer etməyə cəhd etsə də, "Yuventus" razılıq verməyib.

Qana millisinin üzvü 2012-ci ildə "Udineze"dən "Yuventus"a keçmişdi. Kvadvo  Asamoa bu mövsüm 20 oyuna 1 assist edib.

Bu kateqoriyalar haqda daha çox « Rauf Əliyev "Qəbələ"də
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.