Rauf Əliyev "Qəbələ"də

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Prosport xəbər verir ki, "qırmızı-qaralar” Rauf Əliyevlə müqavilə imzalayıb. 

29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər "Qəbələ"nin şərəfini qoruyacaq. Son klubu Albaniya təmsilçisi “Kukesi” olan Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014-2015), “Neftçi” (2015), “İnter” (2015-2017) klublarının da formasını geyinib. Rauf 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.

Qeyd edək ki, mövsüm ərzində “Keşlə” və “Kukesi” (Albaniya) klublarının formasını geyinmiş Rauf UEFA-nın qaydalarına görə 3-cü klubda çıxış edə bilməz. Ona görə də futbolçu gələn mövsümdən "Qəbələ"də oynaya biləcək. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.