Soni Mustivar "Neftçi"də

"Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

Prosport.Az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Soni Mustivar ilə növbəti mövsümün sonunadək müqavilə imzalayıb.

Fransada dünyaya gələn Mustivar bu ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasında, “Bastiya” və “Orlean” klublarında çıxış edib. Rumıniyanın “Petrolul” və ABŞ-ın “Sportinq Kanzas Siti” klublarında legioner həyatı yaşamış 28 yaşlı futbolçu Haiti milli komandasının şərəfini qoruyur. O, “Petrolul”la Rumıniya kubokunun, “Sportinq Kanzas Siti” ilə isə ABŞ açıq kubokunun qalibi olub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.