İbrahimoviçin yeni klubu rəsmən açıqlandı

İngiltərənin “Mançester Yunayted” klubu ilə yollarını ayıran Zlatan İbrahimoviçin ABŞ “Los Anceles Qalaksi”sinə gözlənilən keçidi rəsmiləşib.

Prosport.Az xəbər verir ki, isveçli hücumçu bu transferi özü açıqlayıb. O, MLS klubunun qəzetində tam səhifəlik elan yerləşdirib. Məhz bu elandan sonra təcrübəli forvardın ABŞ çempionatında oynayacağı dəqiqləşib. Klubun mətbuat xidməti də transferi rəsmən təsdiqləyib.

Zlatanın yeni klubu ilə 2 illik müqavilə imzalayacağı bildirilir. İbrahimoviç bu keçidə görə 6 milyon dollar qazanacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.