"Qəbələ"nin sabiq hücumçusu Latviya klubunda

"Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonovun yeni klubu müəyyənləşib.

Prosport.Az xəbər verir ki,  Ukaynanın "Çernomorets” klubundan ayrılan 31 yaşlı hücumçu "Ventspils"lə müqavilə imzalayıb. Bu barədə Latviya klubunun saytı məlumat yayıb.

Qeyd edək ki,  Aleksey Antonov 2015/16 mövsümündə “Qəbələ”də çıxış edib. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 49 oyunda 8 qol vurub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.