"Beşiktaş" Lensi aldı

"Beşiktaş" "Sanderlend"dən icarəyə götürdüyü Jermeyn Lensi birdəfəlik alıb. Qol.az-ın xəbərinə görə, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Transferin təzminat qiyməti barədə məlumat verilməyib. Qeyd edək ki, hollandiyalı yarımmüdafiəçi J.Lens bu mövsümün əvvəlindən "Beşiktaş"da icarə əsasında oynayırdı.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.