"Səbail"dən ayrıldı, Polşa klubuna keçdi

Bu qış "Səbail"dən ayrılan Edqaras Jarskisin yeni klubu müəyyənləşib.

Prosport.Az xəbər verir ki, 23 yaşlı müdafiəçi Polşanın "Bıtoviya" klubuna transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki,  E.Jarskis ötən ilin dekabrında "Səbail"dən ayrılıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.