"Atletiko" 2 futbolçusunu Çin klubuna satdı

"Atletiko" iki futbolçusunu Çin klubuna satıb.

Prosport.az xəbər verir ki Yannik Ferreyra Karrasko və Nikolas Qaytan "Dalyan İfan" klubuna keçiblər.Madrid təmsilçisi  belçikalı və argentinalı yarımmüdafiəçilərin transferini rəsmi saytı vasitəsilə açıqlayıb.

Bu transferlərə görə, "hindular" 50 milyon avro qazanıb.

Qeyd edək ki, 30 yaşlı Qaytan "Benfika"dan "Atletiko"ya 2016-cı ildə keçib. 24 yaşlı Karrasko isə 2015-ci ildə "Monako"ya Madrid klubuna transfer olunub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.