"Səbail" yeni transferini açıqladı

“Səbail” daha bir transferini reallaşdırıb.

Prosport.Az xəbər verir ki, uqandalı hücumçu Faruku Miya debütantın paytaxt klubunun heyətinə cəlb olunub. Daha əvvəl Belçikanın “Standard” (Lyej) komandasında çıxış edən Miya mövsümün sonuna qədər icarə əsasında “Səbail”də oynayacaq.

Futbolçu transfer pəncərəsi dövründə (07.02.2018) Peşəkar Futbol Liqasında müvafiq qaydada qeydiyyatdan keçirilsə də, Topaz Premyer Liqasının qış fasiləsindən sonra keçirilmiş ilk turunda viza məsələsinin həlli ilə əlaqədar adı heyətə daxil olunmamışdı. Artıq bütün sənədləşmə işləri tam həllini tapıb və uqandalı futbolçunu növbəti turlarda “Səbail”in heyətində görmək mümkün olacaq. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.