"Səbail"in hücumçusu "Sabah"da

Birinci divizion təmsilçisi "Sabah" növbəti transferini reallaşdırıb.

Prosport.Az xəbər verir ki, müqavilə ilə "Səbail" klubuna məxsus olan Raul Yaqubzadə mövsümün sonuna kimi icarə əsasında "Sabah"da çıxış edəcək. 

Qeyd edək ki, "Bakı" klubunun yetirməsi sayılan 24 yaşlı hücumçu daha öncə "Mil-Muğan" və "Qaradağ Lökbatan"da oynayıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.