"Binə" "Neftçi"nin yetirməsini transfer etdi - FOTO

I Divizion təmsilçisi “Binə” heyətinə daha üç futbolçu cəlb edib.

Prosport.Az xəbər verir ki, paytaxt klubu Əliağa Xudiyev, Vüsal Səfərov və Hüseyn Əliyevi transfer edib.

24 yaşlı yarımmüdafiəçi Əliağa Xudiyev daha öncə "Zirə" və "Qaradağ Lökbatan"ın heyətində çıxış edib.

Son klubu "Xəzər" olan Vüsal Səfərov peşəkar karyerası ərzində "Şahdağ" (Qusar) və "Qaradağ Lökbatan"ın heyətində də çıxış edib.

“Neftçi”nin yetirməsi hesab olunan 24 yaşlı müdafiəçi Hüseyn Əliyev isə daha öncə "Şuşa" və "Şahdağ" (Qusar) klublarının formasını geyinib.

Image may contain: 1 person, beard and indoor

Image may contain: 1 person, indoor

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.