"Səbail" legioner hücumçuyla anlaşdı

Dövrələrarası fasilə zamanı “Səbail” növbəti transferini reallaşdırıb.

Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi hücumçu Vahit Orazsahedovı heyətinə cəlb edib.

Son klubu Türkmənistanın “Axal” klubu olan milli üzvü karyerası ərzində bir sıra tanınmış klublarda oynayıb. Məşhur “Rubin” klubunda 3 mövsüm forma geyinən hücumçu “Rostov” klubunun da uğurları üçün tər töküb. Türkiyədə “Osmanlıspor” forması geyinən hücumçu 2015-ci ildən Türkmənistanın müxtəlif klublarında oynayıb. 26 yaşlı hücumçu Türkmənistanın müxtəlif millilərinə daim çağırılıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.