"Zirə"dən daha bir transfer

“Zirə” daha bir futbolçunun keçidini həll edib.

Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi Moldova millisinin üzvü Aleksandr Dedovu transfer edib. 28 yaşlı yarımmüdafəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb.

Dedov ölkəsinin “Milsami” klubundan transfer edilib.

2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.