"Səbail"in futbolçusu "Sabah"da

I divizion təmsilçisi "Sabah" qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirib. 

Prosport.Az xəbər verir ki, müqavilə ilə "Səbail"ə məxsus olan Seymur Əsədov mövsümün sonuna kimi icarə əsasında Arif Əsədovun komandasında çıxış edəcək. 

"Qəbələ" klubunun yetirməsi olan Əsədov, AZAL və "Sumqayıt" klublarında da forma geyinib. Vaxtilə U-21 yığmamızın şərəfini qoruyan dayaq yarımmüdafiəçisi, əsas milliyə də çağırılıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.