Logo
Səhifəni çap et

"Kəpəz"dən daha iki legionerlə anlaşdı

"Kəpəz” qış transfer dövründə heyətinə daha iki əcnəbi futbolçu qatıb.

Prosport.az xəbər verir ki, "sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə müqavilə bağlayıb. Hər iki oyunçu mövsümün sonuna kimi Gəncə klubunda çıxış edəcək. Korotetskiy Gəncə təmsilçisinə azad agent kimi keçibsə, Vinçester Meksikanın "Murselaqos” klubundan icarəyə götürülüb.
 

Copyright ProSport Azerbaijan LTD