"Karabax"da daha bir azərbaycanlı futbolçu

Avstriyanın III liqasında mübarizə aparan "Karabax Vyana" klubu daha bir azərbaycanlı futbolçu ilə müqavilə imzalayıb.

Prosport.Az xəbər verir ki,, yeni transferlərdən biri də "Neftçi"nin U-19 komandasının yarımmüdafiəçisi Emil Fərzəliyevdir.

Qeyd edək ki, Emil "Karabax Vyana"da 3-cü azərbaycanlı futbolçu olacaq. Ondan əlavə, bu komandada Elvin Bədəlov və Dmitri Nağıyev də çıxış edir.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.