“Barselona”nın futbolçusu “İnter”də

“Barselona”nın yarımmüdafiəçisi Rafinya Alkantara karyerasını “İnter”də davam etdirəcək.

Prosport.Az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə “neradzurra”nın 24 yaşlı futbolçunu mövsümün sonuna kimi icarəyə götürdüyü qeyd edilib.

Müqaviləyə əsasən, Milan təmsilçisi Rafinyanın oyunundan razı qalsa, mövsümün sonunda 35 milyon avro ödəyərək onu transfer edə bilər.

Anlaşmanın tezliklə açıqlanacağı gözlənilir.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.