"Yuventus"dan Əmrə Can açıqlaması: "Mümkün hər şeyi edəcəyik ki..."

“Yuventus”un baş direktoru Cüzeppe Marotta “Liverpul”un futbolçusu Əmrə Canı transfer etmək istəmələri ilə bağlı yayılan məlumata münasibət bildirib.

Prosport.Az xəbər verir ki, Marotta Əmrəni transfer etmək istədiklərini etiraf edib. O, bunun üçün bütün mümkün vasitələrdən yararlanacaqlarını da vurğulayıb:

“Futbolçunun klubla müqaviləsi başa çatır. Bu da imkan verir ki, onunla danışıqlar aparaq. Onun “Liverpul”la yeni müqavilə bağlayıb-bağlamayacağı barədə bir söz deyə bilmərəm. Amma biz mümkün hər şeyi edəcəyik ki, onun transferini reallaşdıraq. Bu məsələdə futbolçunun istəyinə hörmət etməliyik. Hazırda o, “Liverpul”un futbolçusudur. Biz bu kluba da, qaydalara da hörmət edirik. Atacağımız bütün addımlar qaydalar çərçivəsində olacaq”.

Qeyd edək ki, Əmrə Canın “Liverpul”la müqaviləsi bu ilin yayında başa çatır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.