Afrikalı futbolçu rekord qiymətə Çinə transfer olundu

"Vilyareal"ın futbolçusu Sedrik Bakambu rekord qiymətə Çinə transfer edilib.

Prosport.Az xəbər verir ki, futbolçu "Beyjinq Quon"la müqavilə bağlayıb. Çin klubu bu transferə görə 74 milyon avro xərcə düşəcək.

Klub bu məbləğin 34 milyon avrosunu Çin Futbolu İnkişaf Fonduna, 40 milyonunu isə "Vilyareal"a ödəyəcək. Çin klubu ilə 4 illik müqavilə bağlayan Bakambu illik 18 milyon avro qazanacaq.

Qeyd edək ki, Bakambu bu transferlə Afrikanın ən bahalı futbolçusu olub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.