Arsen Venger onun satıldığını açıqladı

İngiltərə Liqa Kubokunda "Çelsi" ilə matçdan sonra (0:0) "Arsenal"ın baş məşqçisi Arsen Venger Fransis Koklinin "Valensiya"ya transfer olduğunu açıqlayıb. 

Prosport.Az xəbər verir ki, fransız mütəxəssis yetərli şans tapa bilməyən futbolçuya başqa klubla müqavilə imzalamaq şansı yaratdıqlarını bildirdi.

Arsen Venger futbolçunun transferi ilə bağlı detalları açıqlamasa da, ingiltərə mətbuatı bu keçidin 12 milyon avroya başa gəldiyini yazır.
 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.