Millimizin hücumçusu “Gənclərbirliyi”ndə

“Bursaspor”dan ayrılan Dəniz Yılmazın yeni klubu bəlli olub.

Prosport.Az xəbər verir ki, milimizin hücumçusu karyerasını Türkiyə Super Liqasının digər təmsilçisi “Gənclərbirliyi”ndə davam etdirəcək. Ankara təmsilçisi 29 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlayıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Xatırladaq ki, Dəniz 2016-cı ildən “Bursaspor”da top qovurdu. O, bir neçə dəfə intizamsızlığa görə bu klubun əsas komandasından kənarlaşdırılmışdı.

Qeyd edək ki, Dəniz Yılmaz 2016-cı ildən Azərbaycan millisinin üzvüdü. Hücumçu yığmamızda 2 oyun keçirib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.