"Başakşəhər" Arda ilə razılığa gəldi
- Kateqoriya Transfer xəbərləri
"Barselona"nın futbolçusu Arda Turan "Başakşəhər"ə keçməyə yaxındır.
Prosport.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə tam razılıq əldə olunub. Bu barədə Türkiyə təmsilçisinin prezidenti Göksəl Gümüşdağ klubun rəsmi saytına açıqlamasında bildirib. O, ancaq bu transferin hələlik tamamlanmadığını bildirib.
Arda ilə görüşmək üçün İspaniyaya gedən klub rəhbəri onu "Başakşəhər"ə keçməyə razı sala bilib. Gümüşdağ hazırda transferin tamamlanması üçün oyunçu və "Barsa"nın nümayəndələri ilə danışıqların davam etdiyini vurğulayıb.
Qeyd edək ki, Arda Turan bu mövsüm Kataloniya klubunda heç bir rəsmi matçda oynamayıb.