Dünyanın ən çox pul xərclənən transferləri - SİYAHI

Braziliyalı futbolçu Filippe Koutinyo “Barselona”ya keçməklə dünyanın transferinə görə ikinci ən çox pul xərclənən futbolçusu olub.

 

Prosport.Az dünyada transferinə görə klubların ən çox pul xərclədiyi 52 futbolçunun siyahısını təqdim edir:
 
1. Neymar (2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunub)

2. Filippe Koutinyo (2018-ci ildə “Liverpul”dan “Barselona”ya 160 milyona transfer olunub)

3. Usman Dembele (2017-ci ildə “Borusiya”dan “Barselona”ya 105 milyona transfer olunub)

4. Pol Poqba (2016-cı ildə “Yuventus”dan “Mançester Yunayted”ə 105 milyona transfer olunub)

5. Qaret Beyl (2013-cü ildə “Totenhem”dən “Real”a 100 milyona transfer olunub)

6. Kriştianu Ronaldu (2009-cu ildə “Mançester Yunayted”dən “Real”a 94 milyona transfer olunub)

7. Qonsalo İquayn (2016-cı ildə “Napoli”dən “Yuventus”a 90 milyona transfer olunub)

8. Neymar (2013-cü ildə “Sentos”dan “Barselona”ya 88,2 milyona transfer olunub)

9. Romelu Lukaku (2017-ci ildə “Everton”dan “Mançester Yunayted”ə 85 milyona transfer olunub)

10. Vircil van Deyk (2017-ci ildə “Sauthempton”dan “Liverpul”a 84,5 milyona transfer olunub)

11. Luis Suares (2014-cü ildə “Liverpul”dan “Barselona”ya 82,3 milyona transfer olunub)

12. Xames Rodriqes (2014-cü ildə “Monako”dan “Real”a 78 milyona transfer olunub)

13. Zinəddin Zidan (2001-ci ildə “Yuventus”dan “Real”a 77,5 milyona transfer olunub)

14. Anxel Di Mariya (2014-cü ildə “Real”dan “Mançester Yunayted”ə 75,6 milyona transfer olunub)

15. Kevin De Bröyne (2015-ci ildə “Volfsburq”dan “Mançester Siti”yə 75 milyona transfer olunub)

16. Zlatan İbrahimoviç (2009-cu ildə “İnter”dən “Barselona”ya 69, 5 milyona transfer olunub)

17. Kaka (2009-cu ildə “Milan”dan “Real”a 67 milyona transfer olunub)

18. Alvaro Morata (2017-ci ildə “Real”dan “Çelsi”yə 65,5 milyona transfer olunub)

19. Oskar (2017-ci ildə “Çelsi”dən “Şanxay SİPQ” klubuna 65 milyona transfer olunub)

20. Edinson Kavani (2013-cü ildə “Napoli”dən PSJ-yə 64,5 milyona transfer olunub)

21. Anxel Di Mariya (2015-ci ildə “Mançester Yuneyted”dən PSJ-yə 64 milyona transfer olunub)

22. Rahim Sterlinq (2015-ci ildə “Liverpul”dan “Mançester Siti”yə 62,5 milyona transfer olunub)

23. Luiş Fiqu (2000-ci ildə “Barselona”dan “Real”a 62 milyona transfer olunub)

24. Radamel Falkao (2013-cü ildə “Atletiko”dan “Monako”ya 60 milyona transfer olunub)

25. Fernando Tores (2011-ci ildə “Liverpul”dan “Çelsi”yə 59 milyona transfer olunub)

26. Ernan Krespo (2000-ci ildə “Parma”dan “Latsio”ya 58,5 milyona transfer olunub)

27. Benjamin Mendi (2017-ci ildə “Monako”dan “Mançester Siti”yə 58,1 milyona transfer olunub)

28. Kayl Uolker (2017-ci ildə “Totenhem”dən “Mançester Siti”yə 57 milyona transfer olunub)

28. Dieqo Kosta (2018-ci ildə “Çelsi”dən “Atletiko”ya 57 milyona transfer olunub)

30. David Luiz (2014-cü ildə “Çelsi”dən PSJ-yə 56 milyona transfer olunub)

30. Nəbi Keyta (2018-ci ildə “Leypsiq”dən “Liverpul”a 56 milyona transfer olunub)

32. Halk (2016-cı ildə “Zenit”dən “Şanxay SİPQ” klubuna 55,8 milyona transfer olunub)

33. Con Stounz (2016-cı ildə “Everton”dan “Mançester Siti”yə 55,6 milyona transfer olunub)

34. Aleksandr Lakazet (2017-ci ildə “Lion”dan “Arsenal”a 53 milyona transfer olunub)

35. Canluici Buffon (2001-ci ildə “Parma”dan “Yuventus”a 52 milyona transfer olunub)

36. Antoni Marsyal (2015-ci ildə “Monako”dan “Mançester Yunayted”ə 51 milyona transfer olunub)

37. Kilvi Siqurdson (2017-ci ildə “Suonsi”dən “Everton”a 50 milyona transfer olunub)

38. Bernardu Silva (2017-ci ildə “Monako”dan “Mançester Siti”yə 49,5 milyona transfer olunub)

38. Aleks Teyşeyra (2016-cı ildə “Şaxtyor”dan “Tszyansu Sunin”ə 49,5 milyona transfer olunub)

38. Məsut Özil (2013-cü ildə “Real”dan “Arsenal”a 49,5 milyona transfer olunub)

41. Kristyan Vyeri (1999-cu ildə “Latsio”dan “İnter”ə 49 milyona transfer olunub)

42. Qaiska Mendyeta (2001-ci ildə “Valensiya”dan “Latsio”ya 48 milyona transfer olunub)

43. Rio Ferdinand (2002-ci ildə “Lids”dən “Mançester Yunayted”ə 47 milyona transfer olunub)

44. Kristyan Benteke (2015-ci ildə “Aston Vila”dan “Liverpul”a 46,3 milyona transfer olunub)

45. Xuan Mata (2014-cü ildə “Çelsi”dən “Mançester Yunayted”ə 46 milyona transfer olunub)

45. Ronaldo (2002-ci ildə “İnter”dən “Real”a 46 milyona transfer olunub)

47. Tyemue Bakayoko (2017-ci ildə “Monako”dan “Çelsi”yə 45 milyona transfer olunub)

47. Vinisius Junior (2018-ci ildə “Flamenqo”dan “Real”a 45 milyona transfer olunub)

47. Xames Rodriqes (2013-cü ildə “Portu”dan “Monako”ya 45 milyona transfer olunub)

47. Lukas (2013-cü ildə “San Paulu”dan PSJ-yə 45 milyona transfer olunub)

47. Serxio Aquero (2011-ci ildə “Atletiko”dan “Mançester Siti”yə 45 milyona transfer olunub)

47. Xuan Sebastyan Veron (2001-ci ildə “Latsio”dan “Mançester Yunayted”ə 45 milyona transfer olunub).        

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.