Ayaz Quliyevin yeni klubunun adı müəyyənləşdi

Azərbaycan əsilli futbolçu Ayaz Quliyev karyerasını Rusiya Premyer Liqa təmsilçisi “Rostov”da davam etdirəcək.

Prosport.az xəbər verir ki, bu barədə məlumatı “Sport-Ekspress” yayıb. Xəbərdə “Rostov”un müqavilə ilə “Spartak”a məxsus olan futbolçunu mövsümün sonuna kimi icarəyə götürdüyü qeyd edilib.

Quliyev mövsümün ilk yarısını “Anji”də keçirib. O, ilk dövrədə keçirdiyi 11 oyunda 1 qol vurub.

Xatırladaq ki, son vaxtlar Ayazın Azərbaycan millisinə dəvət olunması gündəmdədi.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.