“Liverpul” Koutinyonun yerinə onu gətirir

Filippe Koutinyonu “Barselona”ya satan “Liverpul” braziliyalıya əvəz tapıb.

Prospot.Az xəbər verir ki, “qırmızılar” “Lester”in yarımmüdafiəçisi Riyad Mahrezin keçidi ilə bağlı razılığa gəlib. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə transferin bu gün rəsmən açıqlana biləcəyi vurğulanıb.

“Liverpul” əlcəzairli futbolçunun transferi üçün 55 milyon avro ödəyəcək. Mahrezlə 2022-ci ilə kimi müqavilə imzalanacaq.

2014-cü ildən “Lester”in uğurları üçün çalışan 26 yaşlı futbolçu, cari mövsümdə şans qazandığı 24 oyunda 8 qol vurub, 8 qol ötürməsi edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.