"Liverpul"un futbolçusu rəsmən "Barselona"da!
- Kateqoriya Transfer xəbərləri
Kataloniyanın “Barselona” klubu “Liverpul”un (İngiltərə) yarımmüdafiəçisi Filippe Kouçinyunu heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, İspaniya komandasının rəsmi saytı yaydığı braziliyalı ilə 5,5 ilik müqavilə imzalandığını açıqlayıb.
Qeyd olunur ki, kataloniyalılar futbolçu üçün 120 mln avro ödəyəcək. Əlavə 40 mln avro “Liverpul” müəyyən şərtləri yerinə yetirəndən sonra alacaq.