"Neftçi" I divizion klubundan futbolçu transfer etdi

"Binə"nin futbolçusu Fərid Abbaslı karyerasını "Neftçi" PFK-da davam etdirəcək.

Prosport.Az xəbər verir ki, qarşılıqlı razılaşmaya əsasən Fərid Abbaslının I divizion klubu ilə olan müqaviləsinə son verilib. Bu mövsüm "Binə"nin heyətində uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən 20 yaşlı müdafiəçi bundan sonra "Neftçi"nin uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Neftçi" hələ ki rəsmi şəkildə bu transferi təsdiqləməyib. Ümumiyyətlə, klub yalnız "Qəbələ"dən gəlmiş qapıçı Aqil Məmmədovun transferini açıqlayıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.