Yığmamızın sabiq futbolçusu I divizion klubunda

"Xəzər" FK qış fasiləsində növbəti transferini reallaşdırıb.

Prosport.Az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, mövsümün ilk yarısını "Binə"də keçirmiş Bəxtiyar Soltanovla ilyarımlıq müqavilə imzalanıb.

"Bakı" klubunun yetirməsi olan 28 yaşlı hücumçu "Qarabağ", "Kəpəz", "Araz" (Naxçıvan) və "Qəbələ"də də çıxış edib. Bəxtiyar Soltanov yığmamızın da şərəfini qoruyub.

Qeyd edək ki, I divizionun debütantı olan "Xəzər" Bəxtiyar Soltanovdan əvvəl "Səbail"dən Tanrıverdi Məhərrəmlini (icarə), "Kəpəz"dən Aydın Qasımovu və "Qəbələ"dən Ramil Həsənovu (icarə) heyətinə qatıb. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.