Roman "Qəbələ"dən ayrılıb "Kəpəz"ə keçdi

“Kəpəz” qış “transfer pənrəcəsi” dövründə heyətini daha 1 futbolçu ilə gücləndirib.

Prosport.Az xəbər verir ki, Gəncə klubu “Qəbələ”dən Roman Hüseynovu 1 illik müddətinə icarəyə götürüb. Hüseynov yarımmüdafiəçi mövqeyində çıxış edir.

Qeyd edək ki, "Kəpəz" daha əvvəl də 2 yarımmüdafiəçini transfer etmişdi. Belə ki, ptən ilin sonlarında "Keşlə"dən Samir Zərgərov və "Zirə"dən Murad Səttarlı ilə 1 illik müqavilə bağlanmışdı.

Xatırladaq ki, "Kəpəz" 11 futbolçu ilə yollarını ayırıb. Daha 3 oyunçu isə əvəzedici komandaya göndərilib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.