Azərbaycan millisində yeni baş məşqçi

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi bəlli olub.

Prosport.Az xəbər verir ki, U-16-nın "sükanı" Azər Məmmədova həvalə olunub.

Futbolçu kimi "Şəmkir", "Kəpəz", "Turan", MOİK, "Xəzri", "Qarabağ" və "Qəbələ"də top qovmuş Məmmədov, məşqçi kimi "Kəpəz"in aşağı qruplarında çalışıb.  

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.