Belarus millisinin Bakıdakı məşqinin vaxtı məlum oldu

Martın 23-də Bakıda Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Belarus yığmasının matçdan öncəki son məşqinin vaxtı məlum olub.

Prosport.Az xəbər verir ki, Belarus yığmasının martın 22-də, saat 18:30-da, Bakı Olimpiya Stadionunda ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.

Qeyd edək ki, Azərbaycan millisi son məşqinə həmin gün saat 17:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda çıxacaq.

Qarşılaşma isə martın 23-ü, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.